Vilayət Eyvazov türkiyəli həmkarı ilə danışdı

Vilayət Eyvazov türkiyəli həmkarı ilə danışdı

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Tvitter hesabında yazıb.

“Jandarm Qüvvələri Komandanı Ordu generalı Arif Çətinlə dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq.

Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük”, – Əli Yerliqaya yazıb.

Teqlər: