Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi

Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

AzerTimes xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Teqlər: