VIII Qlobal Bakı Forumu: “Avropa İttifaqının qlobal arenada gələcəyi” mövzusu müzakirə edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Noyabrın 6-da VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Avropa İttifaqının qlobal arenada gələcəyi” mövzusunda onbirinci panel iclası keçirilir.

AzerTimes xəbər verir ki, Latvianın keçmiş prezidenti Vaira Vike-Freiberganın moderatorluğu ilə keçirilən iclasda Avropa İttifaqı (Aİ) ölkələrində gedən siyasi proseslər, Avropa ölkələrini gözləyən imkanlar, Aİ-nin xarici və müdafiə siyasəti və digər məsələlər müzakirə edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Teqlər: