Geosiyasətdə artıq dominant ölkələr üzə çıxır – Xorvatiyanın sabiq prezidenti

Xəbər - Humay Ağacanova – Trend:

Qlobal tendensiyalar dəyişməkdədir. Geosiyasətdə artıq dominant ölkələr üzə çıxır. Avropa İttifaqı indiki reallığın yaradıcısı deyil.

AzerTimes-ın məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” haqda VIII Qlobal Bakı Forumunda “Qlobal Səhnədə Avropa İttifaqının Gələcəyi” mövzusunda paneldə çıxış edən Xorvatiyanın keçmiş prezidenti Kolinda Grabar-Kitaroviç deyib.

O bildirib ki, əlbəttə, müəyyən gözləntilərimiz var, lakin ilk növbədə özümüzə güvənməliyik: “Avropa İttifaqının daxilində olan dəyərləri, müasir texnologiyaları inkişaf etdirməliyik. Təhlükəsizlik planında vəhdət təşkil edilməlidir. Həmçinin, Avropa İttifaqı da bizim dəyərlərimizi müdafiə etmək bacarığında olmalıdır. Bunun müqabilində biz də ittifaqı daxildən parçalayan dəyərlərdən uzaqlaşmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Teqlər: