VHP-nin təşkilat sədri türk konsulla görüşdü

VHP-nin təşkilat sədri türk konsulla görüşdü

Bu gün VHP Naxçıvan Muxtar Respublika təşkilatının sədri Abdulla Abdullayev Türkiyənin Naxçıvandakı konsulu Asif Kaya ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə partiyadan məlumat verilib.

A.Abdullayev Türkiyənin bir çox bölgəsində baş verən zəlzələ nəticəsində çox sayda insan tələfatı ilə bağlı konsula başsağlığını bildirib. Baş vermiş faciənin hər bir Azərbaycan vətəndaşını dərindən kədərləndirdiyini qeyd edən A.Abdullayev Azərbaycanın dövlət və xalq olaraq hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.

Teqlər: