VHP-nin 30 illik yubileyi ilə bağlı mərasim… – Foto

VHP-nin 30 illik yubileyi ilə bağlı mərasim… – Foto

Hazırda “Karvan” restoranında VHP-nin 30 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı mərasim keçirilir.

AzerTimes xəbər verir ki, mərasimdə Türkiyə və Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirləri də daxil olmaqla, diplomatik korpus nümayəndələri, siyasi partiya liderləri, media nümayəndələri, millət vəkilləri, ziyalılar, VHP-çilər iştirak edir.

Partiya sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı açılış nitqi ilə çıxış edib. O, 90-cı illər siyasi hərəkatı, VHP-nin yaranma zərurəti, keçilən yol, Qarabağ zəfəri haqda danışıb, Güney milli hərəkatlndan bəhs edib. Bildirib ki, Bütöv Azərbaycan qurulmayınca milli hədəfə çatmağımızdan söhbət gedə bilməz.

Teqlər: