Vəziyyət kritik hala gəlir, Rusiya ilə danışıqları sürətləndirək!

Vəziyyət kritik hala gəlir, Rusiya ilə danışıqları sürətləndirək!

Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir neçə gün bundan əvvəl atəşkəs 15 dəfə pozuldu:

“O cümlədən Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddiləşib. Ona görə də Laçın yolunda nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqları daha da intensivləşdirmək lazımdır. Bizim Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəmiz olmalıdır. Bununla həmin yoldan Qarabağ ərazisinə silah-sursatın çatdırılmasının qarşısını ala bilərik. Çünki bu gün də ərazidə qeyri-qanuni erməni silahlı birləşmələri var. Vəziyyətin getdikcə kritik hala gələcəyi gözləniləndir”.

Teqlər: