Hazırda vəziyyət gərgin olaraq qalır. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
AzerTimes xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.
“Təəssüf ki, itkilərimiz var bu barədə ətraflı məlumat ictimaiyyətə açıqlanacaq”, – o qeyd edib.
Anar Eyvazov eyni zamanda xüsusilə erməni KİV-də yayılan dezinformasiyalara inanmamağa, ancaq rəsmi məlumatlara müraciət etməyə çağırıb.