Polislər şəhid övladları ilə görüşdülər

Polislər şəhid övladları ilə görüşdülər

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid övladlarını ziyarət ediblər.

AzerTimes xəbər verir ki, şəhid Ağayusif Əliyevin və Allahverdi Ələkbərovun ailəsini ziyarət edən polis əməkdaşları məktəbliləri təbrik edib, təhsillərində uğurlar arzulayıblar. Azyaşlılara məktəbli çantası və dərs ləvazimatları hədiyyə edilib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin kollektivinə təşəkkürlərini bildiriblər.

Teqlər: