Veysəloğlu Şirkətlər Qrupu “Veysəloğlu” MMC barədə mediada yayılmış məlumata aydınlıq gətirib

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) bu gün “Veysəloğlu” MMC barədə
antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırılması
barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə
istinadən mediada yayımlanmış məlumata dair bunları bildirir:

  • Şirkətlər Qrupumuz Antiinhisar və İstehlak Bazarına Nəzarət
    Dövlət Xidməti, həmçinin digər dövlət orqanları və media ilə
    şəffaf, səriştəli ünsiyyətə və əməkdaşlığa davam edir.
  • Şirkətlər Qrupumuz hər zaman daxil olan sorğu və müraciətləri
    operativ və dolğun şəkildə cavablandırmağa hazırdır.
  • Sözügedən məlumatda zəruri sənəd və məlumatların təqdim
    olunması üzrə sorğuya vaxtında cavab verilməməsinə səbəb 2022-ci
    ilin yanvar ayından etibarən Qrupumuza aid şirkətlərdə sənəd
    dövriyyəsi ilə bağlı yeni proqram təminatının tətbiqi prosesindəki
    texniki ləngimələr olub.
  • Şirkətlər Qrupumuz göndərilən sorğuda tələb olunan məlumatların
    bir qismini 16 fevral tarixində təqdim edib.
  • Şirkətlər Qrupumuz artıq Antiinhisar və İstehlak Bazarına
    Nəzarət Dövlət Xidmətinə rəsmi cavab ünvanlayıb və yaxın gələcəkdə
    həmin sorğuda qeyd edilən digər suallara cavabı sənəd və
    məlumatlarla birgə təqdim etmək öhdəliyini götürüb.

Onu da qeyd edək ki, Şirkətlər Qrupu olaraq, biz marketlərimizdə
qiymət dəyişikliklərini şəffaf şəkildə göstərmək məqsədilə ən
yüksək alıcı tələbatı olan məhsullar üzrə “Veysəloğlu Pərakəndə
İndeksi”ni hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşırıq.
Bu indeks alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq
məhsul alışı üçün büdcə planlamalarına imkan verir. Ölkə
iqtisadiyyatına verdiyimiz dəyər, əhalinin ərzaq təminatı ilə bağlı
missiyamız, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına
verdiyimiz töhfələr səmərəli və şəffaf fəaliyyətimizin bariz
nümunəsidir.

Teqlər: