Riqa hava limanında təyyarə tüstülənib, sərnişinlər təxliyə olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Latviyanın paytaxtı Riqa hava limanında tüstülənən təyyarədən
sərnişinlər təxliyə olunub.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Yanğın-Xilasetemə Dövlət Xidməti
bildirib.

Qeyd olunur ki, Litvadan Finlandiyaya uçuş həyata keçirən
təyyarə tüstülənmə ilə əlaqədar Riqada eniş etməli olub.

Nəticədə təyyarədə 18 nəfər təxliyə edilib. Xəsarət alan
olmayıb.

Tüstülənmənin qarşısı alınıb, hadisənin səbəbləri
araşdırılır.