Veysəloğlu Şirkətlər Qrupu nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir (FOTO)

Best Managed Companies müsabiqəsinin məqsədi yüksək biznes
fəaliyyəti ilə fərqlənən şirkətləri cəmiyyətə tanıtmaqdır.

Müsabiqə çərçivəsində şirkətlərin idarəedilməsi dörd meyar
əsasında dəyərləndirilib. Burada söhbət strategiya, insan
kapitalının inkişafı (aktivlər və innovasiya), öhdəlik (insan
kapitalının cəlb edilməsi və liderlik) və maliyyə göstəricilərindən
(biznes göstəriciləri və idarəetmə) gedir. Bu meyarlar dünyanın ən
böyük konsaltinq və audit şirkətlərindən biri olan Deloitte-in son
30 il ərzində bu müsabiqəni beynəlxalq müstəvidə keçirərək
topladığı təcrübə əsasında müəyyənləşdirilib.

Proqram zamanı müsabiqədə iştirak edən şirkətlər beynəlxalq
standartlar çərçivəsində və biznes aləmində nüfuzlu müstəqil münsif
heyəti tərəfindən qiymətləndiriliblər. Münsiflər eyni zamanda
şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət
strategiyasını və dayanıqlı inkişafı, həmçinin bu istiqamətdə
nümayiş etdirdiyi səyləri dəyərləndirmişlər.

Azərbaycanda Best Managed Companies müsabiqəsi PAŞA Bank,
Azərbaycan Dövlət İqtisad Universiteti, British Business Group və
İctimai Televiziyanın tərəfdaşlığı ilə təşkil olunmuşdur.

28 ildir ki, ölkə iqtisadiyyatına dəyər qatan Veysəloğlu
Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat
sahələrində fəaliyyət göstərir. 19,500 nəfərdən çox insanın iş yeri
olan Şirkətlər Qrupunda əməkdaşların fərdi və peşəkar inkişafı üçün
geniş imkanlar yaradılıb. Veysəloğlu Şirkətlər Qrupu son illər
ərzində ölkə iqtisadiyyatına 222 milyon manatdan çox yatırım
edib.

Teqlər: