Vətəndaşlıqdan imtina edən ermənilərin sayı artdı

Vətəndaşlıqdan imtina edən ermənilərin sayı artdı

Son doqquz ayda 2 min 794 nəfər vətəndaş Ermənistan vətəndaşlığından imtina edib. Ötən il də demək olar ki, eyni mənzərə var idi: 2 min 515 nəfər ölkə vətəndaşlığından imtina etmişdi.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Pasport və Viza İdarəsinin rəisi, polkovnik Ara Mkrtçyan deyib.

“Ermənistan vətəndaşlığını almağa çalışanlar arasında isə erməni millətindən olan Rusiya vətəndaşları üstünlük təşkil edir”, – o bildirib.

Teqlər: