Vətəndaşlarımızın Ukraynadan təxliyəsi üçün müvafiq qurumlarla əlaqələndirilmiş iş aparılır – Xələf Xələfov

Bütün mövcud imkanlardan istifadə edilərək, vətəndaşlarımızın
Ukraynadan Azərbaycana gətirilməsi təşkil olunur.

AzerTimes-ın
məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini
Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bununla bağlı səfirliklərimiz fəal iş
görürlər.

“Xarici İşlər Nazirliyi müvafiq qurumlarla birgə
əlaqələndirilmiş iş aparır. Yəni, bu iş davam edir. Müvafiq
qurumların hamısı bu işə cəlb olunub. Müharibə gedir, həlak
olanlar, xəsarət alanlar da var. İmkan daxilində bütün bu faktlar
nəzərə alınır və hökumət tərəfindən lazımi köməkliklər göstərilir.
Bu, həmin şəxslərin qohumlarının iştirakından, arzusundan asılıdır.
Müharibə vəziyyətində bütün imkanlar nəzərə alınır”, – deyə nazir
müavini qeyd edib.

Teqlər: