Vətən Müharibəsinin şərəfinə yeni kartof sortu yetişdirilib

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda daha bir yeni kartof sortu yetişdirilib.

Bunu
Trend
-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar
Allahverdiyev deyib.

O bildirib ki, yeni ixtira olunan kartof sortu artıq şəhadətnamə
alınma ərəfəsindədir. “Yeni kartof sortu “Qələbə” sortu
adlandırılıb. Kartof sortu Azərbaycanın Vətən müharibəsindəki
qələbəsinin şərəfinə adlandırılıb. Bu sortun məhsuldarlığı əvvəlki
kartof sortlarından yüksəkdir. Bununla yanaşı, “Qələbə” sortu,
həmçinin digər kartof sortlarına nisbətdə ziyanvericilərə qarşı
daha dözümlüdür. Kartof sortu yerli şəraitə tam uyğunlaşdırılıb.
Yeni sort artıq təcrübə üçün əkilib və normal nəticə verib”, – deyə
direktor bildirib.

Teqlər: