Xəbər - Fərid Zöhrabov – Trend:
Vətən müharibəsinin 4-cü günü erməni ordusunun Tərtəri artilleriya silahlarından atəşə tutması nəticəsində 2 mülki şəxs həlak olub, ikisi isə yaralanıb. Həlak olanlar Şahin İbrahimov və onun qayınatası Müzəffər Əliyev rayonun Dəmirçilər kənd sakinləri olub.
AzerTimes-ın məlumatına görə, qayınata öz kürəkənini səfərbərlik xidmətindən döyüşə yola salmaq üçün rayon mərkəzinə gəlmişdi.
Məhz elə ailə faciəsi həmin zaman baş verib. 34 yaşlı Şahin İbrahimovun iki körpə yaşlı övladı atasız qalıb. Bundan başqa, həmin hadisədə Şahinin atası Mahmud İbrahimov və əmisi oğlu Fuad İbrahimli qəlpə yaraları alıb.
VİDEO: Aslan Məmmədli