Cərimələrdən əldə olunan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürüləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən əldə olunan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürüləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını nəzərdə tutur.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Teqlər: