Vətən müharibəsində yaralanmış 2900-ə yaxın hərbçiyə əlillik təyin edilib

44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları
bitmiş hərbi qulluqçuların əlillik vəziyyətinin qiymətləndirilməsi
işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin hərbi
qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə, Müdafiə
və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd
Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya
xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb
müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil
edilir.

Bundan sonra yekun mərhələ olaraq Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza
və Reabilitasiya Agentliyi əlilliyi qiymətləndirir.

Vətən müharibəsində yaralanmış 2885 hərbi qulluqçuya ölkəmizin
ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.

Əlillik təyin edilikdən sonra onlara e-sistem tərəfindən,
proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin
təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta
ödənişləri verilib.

Teqlər: