Vətən müharibəsində mühəndis qoşunlarının 27 həbrçisi şəhid olub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbi qulluqçusu şəhid olub.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, müharibə zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb:

“Hərbi qulluqçularımızın göstərdiyi yüksək peşəkarlığı Ali Baş Komandan tərəfindən qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunun layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib. Bundan başqa Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçusu isə medalla təltif edilib”.

Teqlər: