Vətən müharibəsində itkin düşən daha bir hərbçinin meyiti tapılıb – Baş prokuror

Xəbər - Samir Əli – Trend:

Vətən müharibəsindən itkin düşən 7 hərbi qulluqçumuzdan birinin meyiti tapılıb.

AzerTimes-ın məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.


O bildirib ki, hazırda meyitin şəxsiyyəti müəyyənləşdirilir: “Birinci Qarabağ müharibəsində 4 min, İkinci Qarabağ müharibəsində isə 7 nəfər itkin düşmüşdü. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir”.

Teqlər: