Vətən müharibəsi qazisinin ailəsinə birdəfəlik maddi yardım veriləcək

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış, hazırda xəstəxanada müalicə olunan Məmmədov Əlibəy Akif oğlunun ailəsində olublar.

Bu barədə AzerTimes-a nazilikdən bildiriblər. Zaqatala rayonu, Çobankol kəndində yaşayan ailənin sosial vəziyyəti öyrənilib, göstəriləcək dəstək tədbirləri müəyyən olunub. Valideynlərindən hər ikisi əlilliyə görə aylıq pensiya ilə təmin olunan Əlibəyin özünün də əlilliyi qiymətləndiriləcək. Əlillik dərəcəsi təyin olunduğu halda ona birdəfəlik sığorta ödənişi və hər ay sosial ödənişlər veriləcək.

Qazinin həyat yoldaşının istəyinə uyğun olaraq, onun üçün özünüməşğulluq proqramı əsasında kiçik ailə təsərrüfatı qurulacaq. Adına olan torpaq sahəsinə dair çıxarışı aldıqdan sonra ailənin ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət etməsinə də köməklik göstəriləcək.

Ailəyə yaxın günlərdə birdəfəlik maddi yardım verilməsi də qərara alınıb.

Teqlər: