Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib

Xəbər - Samir Əli Trend:

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi vəfat edib.

AzerTimes-ın məlumatına görə, hazırda hərbi xidmətdə olan hərbi qulluqçu Siracov Fətulla Qasım oğlu dünyasını dəyişib. O, səhhətindəki problemlərdən vəfat edib.

Faktı Müdafiə Nazirliyindən AzerTimes-a təsdiqləyiblər.

Xatırladaq ki, hərbi qulluqçu F.Siracov Vətən müharibəsinin iştirakçısı olub və o “Kəlbəcərin azad olunmasına görə”medalı ilə təltif edilib.

Teqlər: