Vətən müharibəsi dövründə Azərbaycana qarşı kiberhücumlar pik həddə çatmışdı – Elektron Təhlükəsizlik Xidməti

44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı
kiberhücumlar pik həddə çatmışdı.

Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin
direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, bu hücumların qarşısının alınması üçün
Elektron Təhlükəsizlik Xidməti digər qurumlarla müvafiq işlər, o
cümlədən kiberhücumların aktual növləri barədə əhalinin
məlumatlandırılmasını həyata keçirib.

“Düşmən tərəfindən dezinformasiyanın yayılması əsasən sosial
şəbəkələrdə reallaşdırılırdı. Qurumlarımız adından yalan
informasiyanın yayılmasının və klon səhifələrin yaradılmasının
qarşısının alınması üçün dövlət qurumlarının veb-səhifələrinin
verifikasiyası üzrə tədbirlər görmək tapşırılmışdı” – deyə o
bildirib.

Ş.Əliyev deyib ki, istifadəçilərin sosial şəbəkələrdə
profillərinin müdafiəsinin gücləndirilməsi üçün parolları yeniləmək
ikifaktorlu autentifikasiyadan istifadə etmək tövsiyə olunur.

(Tərcümə: Orxan Nəbiyev)