Verilişlərə baxanda adam utanır – Bədəlbəyli

Verilişlərə baxanda adam utanır – Bədəlbəyli

İstəməzdim ki, televiziya proqramlarının 90 faizi əyləncə motivli olsun.

AzerTimes xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib.

“Bəzən verilişlərə baxanda adam utanır”, – o bildirib.

Qeyd edək ki, bu gün Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Gülüstan sarayında Musiqi Forumu keçirilir.

Teqlər: