Vergi daxilolmaları 55 faizdən çox artıb – Mikayıl Cabbarov

Yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni
dövrü ilə müqayisədə 55,2% artaraq 5 mlrd. 35,4 mln. manat təşkil
edib

AzerTimes-ın məlumatına görə, bu
barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi “Twitter”
səhifəsində bildirib.

Nazir qeyd edib ki, ölkə iqtisadiyyatının bərpası prosesinin
sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da
yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən islahatların nəticəsi olaraq dövlətbüdcəsinə vergi
daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub.

“Yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni
dövrü ilə müqayisədə 55,2% artaraq 5 mlrd. 35,4 mln. manat təşkil
edib və proqnoz 150,5% səviyyəsində icra olunub.

Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 49,7% artaraq 3
mlrd. 430,2 mln. manat olub və proqnoz 133,5% yerinə yetirilib. Bu
nailiyyətin əldə edilməsində önəmli rolu olan İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına, eləcə də
bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində
uğurlar arzu edirəm”, – M.Cabbarov yazıb.

Teqlər: