Azərbaycanla əməkdaşlıq dayanıqlı inkişaf məqsədlərinə nail olmağa yönəlib – FAO-nun baş direktoru

Azərbaycanla əməkdaşlıq dayanıqlı inkişaf məqsədlərinə nail
olmağa yönəlib.

Trend-in
məlumatına görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) baş direktoru Qu Donqyu FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının
rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

“Kənd təsərrüfatı sektorunda rəqəmsallaşma üzrə islahatların
keçirilməsinə görə Azərbaycana təşəkkür etmək istəyirəm”, – deyə o
bildirib.

Onun sözlərinə görə, FAO-nun əsas fəaliyyəti kənd təsərrüfatının
rəqəmsallaşması və innovasiyaların tətbiqindən ibarətdir.

“Bu gün FAO-nun gündəliyində rəqəmsal məlumatlara ödənişsiz
çıxış imkanları, virtual təhsil və rəqəmsal savadlılığın təmin
olunması məsələləri yer alır”, – Qu Donqyu deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: