Vergi daxilolmaları 25 faizdən çox artıb

Bu ilin ilk iki ayında vergi daxilolmaları ötən ilin eyni dövrü
ilə müqayisədə 25,2 faiz artıb.


Trend
-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.

“2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları ötən
ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artaraq 1 mlrd. 830,4 mln.
manat təşkil edib və proqnoz 108,7 faiz səviyyəsində icra olunub”,
– nazir deyib.

Teqlər: