Prezident məhkəməyə verildi

Prezident məhkəməyə verildi

Ukraynada hüquqşünas ölkə prezidenti Pyotr Poroşenkonu məhkəməyə verib.

Roman Lixaçov ölkə başçısının Rusiya saytları “Vkontakte”, “Odnoklassniki”, “Yandeks” və “Mail.Ru”nun qadağan olunması haqqında fərmanının qanunsuz sayılması tələbi ilə Ali məhkəməyə iddia ərizəsi verib.

O, vətəndaşların hüquqlarının pozulmasının ilə barışmaq niyyətində olmadığını bildirib.

“Məsələ “Vkontakte” və yaxud “Odnoklassniki” ilə bağlı deyil. Söhbət azadlığını məhdudlaşdırılmasındadır. Sabah nə olacaq? Fikirləşməyi qadağan edəcək?” – deyə hüquqşünas öz Facebook səhifəsində yazıb.