Vaşinqtonda Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə küçələr bağlanıb

ABŞ-ın paytaxtı Vaşinqtonda polislər Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə bir neçə küçəni bağlayıblar.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində “Axios” portalının müxbiri Endryu Solender yazıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına “Əmək Nazirliyində partlayış təhlükəsi” ilə əlaqədar yolların bağlanması barədə bildirişlər göndərilib.


Digər təfərrüatlar barədə məlumat verilmir.