Vaşinqton İranın dondurulmuş 7 milyardlıq aktivinin azad olunmasını təkzib edib

Amerika Birləşmiş Ştatları İranın xaricdəki dondurulmuş
aktivlərindən 7 milyard dolların azad edilməsinə dair iddia edilən
razılaşma ilə bağlı məlumatları təkzib edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Dövlət
Departamentinin sözçüsü Ned Prays bildirib ki, bütün sanksiyalar
2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə
konsensus əldə olunana qədər qüvvədə qalacaq.

“İndiki mərhələdə bu danışıqlar prosesində uğurlu nəticə əldə
olunmayıb”, – Prays vurğulayıb.

Teqlər: