Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək

Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək

Naxçıvanın özünün ayrıca bayrağı yoxdur. Bu səbəbdən onların ayrı tarixdə Bayraq Gününü qeyd etməsi absurddur.

Bu sözləri AzerTimes-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Dövlət Bayrağı Günü” ilə bağlı sərəncam imzalaması və bu tarixin 17 noyabra təyin edilməsi haqda danışarkən deyib.

“Naxçıvanda Azərbaycan bayrağı dalğalandığına görə bu bayram eyni gündə qeyd olunmalıdır.

Prezidentin səlahiyyəti var ki, Naxçıvan MR Ali Məclis sədrinin istənilən sərəncamını, o cümlədən bu sərəncamını ləğv etsin”, – professor bildirib.

Qeyd edək ki, Azərbaycanda Bayraq Günü Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla 9 noyabr tarixində qeyd edilir. V.Talıbov isə 2014-cü ildə sərəncam verərək, Naxçıvanda “Dövlət Bayraq Günü”nü 17 noyabra təyin edib.

Teqlər: