Vardanyan Rusiyadan Qarabağ adı ilə qaçır

Vardanyan Rusiyadan Qarabağ adı ilə qaçır

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Rusiyadan qaçmaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə Vardanyan özü açıqlama verib.

Vardanyan Rusiya vətəndaşlığından imtina etmək niyyətində olduğunu bildirib.

Təbii ki, Vardanyan bu addımını qaçmaq kimi yox, guya Qarabağdakı ermənilərin ağır vəziyyəti səbəbindən atdığını deyib:

“Qarabağa köçmək qərarına gəldim. Bu gün Qarabağ erməniləri ağır psixoloji böhran yaşayır, sabaha inamları yoxdur. Onlar özlərini tərk edilmiş və unudulmuş hiss edirlər. Düşünürəm ki, 2020-ci il müharibəsindən sonra biz bütün dünya erməniləri onların yanında olmağa borcluyuq. Biz onlara təkcə simvolik olaraq deyil, həm də əməli işlərdə kömək etməliyik”.

Qeyd edək ki, Qərbin sanksiyaları səbəbindən bir çox iş adamı Rusiyadan gedir. Ruben Vardanyan Qərbin sanksiyalarına məruz qalmış rusiyalı biznesmenlərdən biridir.

Teqlər: