Qarabağ iqtisadi rayonunun bir hissəsinə – Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına sığınan separatçıların “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan Xankəndidən qaçacağı barədə xəbərləri təkzib edib.
AzerTimes xəbər verir ki, o, indiki vəziyyətdə istefa verməyəcəyini bildirib.
Eyni zamanda, o bildirib ki, separatçıların digər liderlərinin də istefa verməsi yaxşı olmazdı.
Qeyd edək ki, bundan öncə separatçı-terrorçuların “parlament sədri” Artur Tovmasyan “növbədənkənar seçki” keçirməyə çağırmışdı.
Ermənistan mediası isə R.Vardanyanın “vəzifədən” yaxın günlərdə kənarlaşdırılacağı haqda məlumat yayıb.