Vardanyan ifşa edildi: Qarabağdakı ermənilərin sayı…

Vardanyan ifşa edildi: Qarabağdakı ermənilərin sayı…

“Vətəndaş Müqaviləsi” partiyasının deputatı Viqen Xaçatryan Ermənistanın Baş naziri Nikol Paşinyanın və Ruben Vardanyanın iddialarını ifşa edib.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, Paşinyanın partiyasının üzvü olan deputatı Viqen Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edib və onlarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.

“Biz Qarabağda yaşayan ermənilərlə Bakı arasında birbaşa dialoqa keçməliyik”, – deyə V.Xaçatryan qeyd edib.

Maraqlı məqam isə ondan ibarətdir ki, daha əvvəl həm Paşinyan, həm də Vardanyan açıqlamalarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə 120 min erməninin yaşadığını bildirirdilər.

Erməni deputat bu açıqlaması ilə Paşinyanı və Vardanyanı bir növ ifşa etmiş olub.

Teqlər: