Var qüvvələri ilə çalışırlar ki, İlkini həbs etsinlər – 10 yaşlı Nərminin qətlində təqsirləndirilən şəxsin atası

Gəncə şəhər Nizami rayon Məhkəməsində Tovuz rayonunun Dondar
Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham
olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası
keçirilib.

Trend-in
məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən
prosesdə ifadə verən şahid Altay Ələkbərov deyib ki, həmin gün
naqil almaq üçün bacısıgilə gedib. Nərminin yanan cəsədini də o
vaxt görüb. Vəkillərin “nəyə görə, getdiyin yolla deyil qurunt
yolla qayıtdız”-sualına şahid cavab verməkdə çətinlik çəkib.

Məhkəmədə məlum olub, Altay Ələkbərovun adı Nərminin yanmış
cəsədini aşkar olunduğu yerə atmaqda hallanıb. Həmin vaxt cinayət
işi ilə bağlı onun evində ekspertiza da aparılıb. Şahid cinayət
işində adı hallanması barədə şikayət də edib.

Altay Ələkbərovun 9 yaşlı oğlu da məhkəmədə dindirilib.

Məhkəmədə daha sonra İlkin Süleymanovun atası İbrahim Süleymanov
və anası Gülnaz Süleymanova da ifadə verib.
İbrahim Süleymanov ifadəsində oğlunun cinayət işi ilə əlaqəsi
olmadığını Nərminin yanmış cəsədini qəsdən gətirib evin yanına
atdıqlarını deyib:

” Var qüvvələri ilə çalışırlar ki, İlkini həbs etsinlər. Halbuki
İlkin günahsızdır. Nərmin itkin olan vaxt mən insult keçirmişdim,
İlkin gecələr mənimlə birgə qalırdı. Nərminin saxlanıldığı deyilən
evdə həmin müddətdə dəfələrlə olmuşuq. Müstəntiq mənə deyir ki,
oğlun Nərminə dəfərlərə təcavüz edib. Bu məsələ ilə bağlı o qədər
bezdirdilər ki, televiziya kanallarından birində dedim ki, oğlumun
bu qabiliyyəti yoxdur. Kimsə öz cinayətini İlkinin üstünə
atıb.”

Şahid ifadəsində həmin vaxt Baş Prokurun birinci müavini Rüstəm
Usubovla görüşərək oğlunun günahsız olduğunu deyib:

” Rüstəm Usubova dedim ki, necə ola bilər, Nərmin 47 gün bir
otaqda qalıb amma saçının bir teli də düşməyib. Mənə dedi ki,
görünür elə təmizləyib ki, heç bir iz qalmayıb.”

Şahid onu da deyib ki, yanvarın 9-da gecə saat 4-də rəis Şirzad
Əsgərov və müavini sübut atmaq üçün onların evinə gəlib:

Prosesdə daha sonra polis mayoru Azər ifadə verib. O deyib ki,
9-dan 10-a keçən gecə evdə olub. O, həmin gün gecə ümumiyyətlə
Murad Süleymanova zəng etmədiyini deyib.

Təqsirləndirlilən şəxsin vəkilləri şahidin dediklərinin düzgün
olmadığını bildiriblər. Müdafiəçilər cinayət materiallarının içində
həmin gün şahidin Murad Süleymanova zəng etməsini təsdiq edən
sübutlar olduğunu deyiblər.

Təqsirləndirlilən şəxsin anası da ifadəsində oğlunun cinayət işi
ilə bağlı heç bir əlaqəsi olmadığını deyib. O, bildirib ki, oğlu
Nərmin itkin olduğu müddətdə toyda, hüzr yerlərində iştirak
edib:

“Mənim oğlum iki gözü ilə görməsinin bəlasına düşüb. Biz
dəfələrlə Nərminin saxlanıldığı otağdan dəfələrlə istifadə
etmişik.

Növbəti proses aprelin 20-ə təyin olunub.

Teqlər: