Vaqnerçilərin məhvinə start verildi – Çerevatı

Vaqnerçilərin məhvinə start verildi – Çerevatı

Artıq bir neçə həftədir ki, ciddi itkiləri nəticəsində vaqnerçilər rus bölmələri tərəfindən gücləndirilmədən tapşırıqları yerinə yetirməyi bacarmır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun “Şərq” qrupunun rəsmisi Sergey Çerevatı deyib.

O bildirib ki, Baxmuta gələn rus hərbçisinin ömrü uzağı bir ay çəkir:

“Əgər o, gəldiyi gündən bir ay yaşayıbsa, deməli, şanslıdır. Çünki onlar burada qruplaşdırılıb bizim artilleriya, minaatan, qumbaraların, pulemyotların ölümcül atəşi altına buraxılır. Vaqnerçilərə nadir hallarda uzun ömür yaşamaq qismət olur. Düşünürəm ki, biz bu təşkilatın mövcudluğunun sona çatması mərhələsinə qədəm qoyduq”.

Teqlər: