“Vaqner”çilər general Gerasimovu təhqir etdi

“Vaqner”çilər general Gerasimovu təhqir etdi

Rusiya Telegram-kanalları “Vaqner” özəl hərbi şirkətinin silahlılarının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova müraciətini yayımlayıb.

AzerTimes xəbər verir ki, kadrlarda iki muzdlu əsgər görünür. Burada onlar Gerasimovu homoseksuallığı ifadə edən söyüşlə “bəzəyiblər”.

Muzdlulardan biri yanındakı boş silah qutularını göstərib, “Bizim vuruşmağa sursatımız qalmayıb, kömək et. Bizim uşaqlar Baxmutda bütün Ukraynaya qarşı döyüşür. Səni isə ancaq bir sözlə ifadə etmək olar…”, – deyə səslənib.

Qeyd edək ki, Rusiya mətbuatı “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinlə Rusiya Müdafiə nazirliyinin rəhbərliyi arasında qərbin münasibətlərin olduğunu dayanmadan yazır.

“Vaqner”çilər savaşdakı uğursuzluqlarda açıq aşkar müdafiə naziri Sergey Şoyqunu və Baş qərargah rəisi Valeri Gerasimovu suçlamaqdan çəkinmirlər.

Onlara Çeçenistan lideri Ramzan Kadırovun da qoşulduğu deyilir.

Teqlər: