“Vaqner” Belarusa yerləşir – Lukaşenko təsdiqlədi

“Vaqner” Belarusa yerləşir – Lukaşenko təsdiqlədi

“Vaqner” döyüşçülərindən qorxacaq heç nə yoxdur, onların döyüş təcrübəsi, əgər “Vaqner” komandirləri ölkəyə gəlsələr, Belarus üçün faydalı olacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko müdafiə naziri Viktor Xreninin hesabatını qəbul edərkən bildirib.

“İndi çox söz- söhbət var: “Vaqner”, “Vaqner”, “Vaqner”… İnsanlar bu məsələdə praqmatik olduğumuzu anlamır. Onların komandirləri gəlib bizə kömək etsə… Baxın, onlar ön cəbhədədirlər, hücum dəstələridir. Bizə indi nəyin vacib olduğunu deyin. Putin mənə sonuncu dəfə dedi: əks-batareya döyüşü, bunsuz mümkün deyil. Dronlar… Onlar bu döyüşlərdən keçdilər. Onlar sizə silahlar haqqında danışacaqlar: hansı yaxşı işləyirdi, hansı isə yox; və taktika və silahlardan, necə hücum etmək, necə müdafiə olunmaqdan bəhs edəcəklər. Bu qiymətsizdir. Vaqnerçilərdən öyrənməli olduğumuz budur”, – Lukaşenka deyib.

Qeyd edək ki, “Vaqner” hərbi şirkətinin Belarusa yerləşəcəyi, onlar üçün hətta bazalar tikildiyi barədə məlumatlar yayılmışdı.

Teqlər: