Vaqifin bu əzəmətli heykəli Şuşada ucaldılmır

Vaqifin bu əzəmətli heykəli Şuşada ucaldılmır

Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən heykəlin sifarişçisi Mədəniyyət Nazirliyi deyil.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Etibarlı mənbələrdən aldığımız məlumatda isə sözügedən heykəlin Şuşada tikilmədiyi vurğulanıb.

Qeyd edək ki, Molla Pənah Vaqifin Şuşada heykəlinin ucaldılması ilə bağlı artıq bir neçə gündür sosial şəbəkələrdə görüntülər yayılıb. Bu isə bəzi sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub. Belə ki, onlar Şuşada Vaqifin məqbərəsinin olduğunu bildirib və əzəmətli heykəl üçün başqa bir şəxsin – Üzeyir hacıbəyov və yaxud Pənahəli xanın seçilməsinin daha doğru ola biləcəyini qeyd ediblər.

Teqlər: