Vaqif Axundovun bacısı oğlu ilə bağlı qərar

Vaqif Axundovun bacısı oğlu ilə bağlı qərar

Rüşvət almaqda təqsirləndirilən Vüsal Babayevə hökm oxunub, ona şərti cəza verilib.

AzerTimes xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində elan edilib.

Xatırladaq ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunub, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı. Məhkəməsi dövründə o, ev dustaqlığında olub.

Qeyd edək ki, V.Babayev 2 iyul 2018-ci ildə SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun əmri ilə Xidmətin Səbail rayon idarəsinə rəis təyin olunmuşdu.

O, bu vəzifəyə respublikanın keçmiş Hərbi Komissarı və sabiq deputat Əliağa Hüseynovun qardaşı oğlu Namiq Hüseynovun yerinə gətirilmişdi.

Xatırladaq ki, V.Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Teqlər: