İsveçdən Rusiya vətəndaşları üçün gözlənilməz addım

İsveçdən Rusiya vətəndaşları üçün gözlənilməz addım

İsveç Rusiya vətəndaşları üçün viza müraciətlərinin qəbulunu bərpa edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyadakı İsveç səfirliyindəki diplomatik mənbələr məlumat verib.

“İsveçə viza üçün müraciətlərin qəbulunun bərpa olunduğunu elan etməkdən məmnunuq. Ərizə VFS Global viza mərkəzlərində təqdim oluna bilər”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, yanvarın 16-da diplomatik nümayəndəlik texniki səbəblərə görə ölkəyə giriş icazələrinin verilməsinin mümkünsüzlüyünü bildirmişdi.

Teqlər: