Vanqanın 2023-cü il proqnozu…

Vanqanın 2023-cü il proqnozu…

Məlum olduğu kimi Vanqa qarı proqnozlarında 11 sentyabr hadisələri, İŞİD-in yaranması, Brexit prosesi kimi bir çox hadisələri qabaqcadan görüb.

Hər il olduğu kimi bu il də Vanqanın proqnozları diqqət mərkəzinə çevrilir.

AzerTimes-ın Sfera.az-a istinadan məlumatına görə, bir çox tarixi hadisələrin proqnozunu verən Vanqanın 2023-cü il haqqında söylədiklərini təqdim edir

Ekspertlər bu təxminləri şərh ediblər.

2004-cü ildə Hind okeanında 200 mindən çox insanın həyatını itirdiyi zəlzələ və sunamidən xəbərdar olan Vanqa 2023-cü ildə Avstraliya ilə yanaşı bir çox Asiya ölkələrində də oxşar təbii fəlakətin baş verəcəyini iddia edib.

Koronavirus xəstəliyi ilə mübarizə aparmaq kifayət deyilmiş kimi, Vanqa 2023-cü ildə Sibirdə ölümcül virusun aşkar ediləcəyini bildirib. Buzlaq ərazidə yaranacaq ölümcül virusun qlobal istiləşmə ilə ortaya çıxacağı ifadə edilib.

O, çirklənmə səbəbindən su probleminin yaranacağını da bildirib.

Vanqanın açıqlamalarını şərh edən ekspertlər bir çox şəhərlərdə içməli su qıtlığının olacağını açıqlayıblar.

2017-ci ildə Günəş Sistemi tərəfindən dayanan və sürətlə hərəkət edən Oumuamua asteroidi son vaxtlar yenidən gündəmə gəlmiŞdi. Vanqanın proqnozlarını şərh edənlər bu meteoritin yadplanetlilər tərəfindən göndərildiyini irəli sürüblər.

Bu gün isə NASA rəsmi olaraq Yer planetinə daha böyük və miqyasına görə daha dağıdıcı Asteroidin yaxınlaşdığını bildirib.

Dünyanın ən çox əhalisi olan ölkələrindən biri olan Hindistanda da qıtlığın olacağı proqnozlaşdırılır. Bildirilib ki, havanın temperaturu 50 dərəcəyədək yüksələcək, çəyirtkə və bu kimi canlılar əkin sahələrinə basqın edərək əkinlərə zərər verəcək.

Teqlər: