Akar: Azərbaycan əsgəri türkün gücünü dünyaya göstərdi

Akar: Azərbaycan əsgəri türkün gücünü dünyaya göstərdi

Azərbaycan əsgəri Türkün gücünü bütün dünyaya göstərdi.

AzerTimes xəbər verir ki, bunu bazar ertəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

H.Akar Ermənistanın 30 il əvvəl Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, 1 milyondan çox Azərbaycan türkünü öz yurdundan didərgin saldığını, Xocalıda qətliam törətdiyini xatırladıb.

“Çox maraqlıdır ki, bunları “görməyənlər” Azərbaycan öz haqqını, hüquqlarını bərpa edəndən sonra ortaya çıxdı. Bunlar dərslərdə öyrədilməlidir, bu mənzərəni heç vaxt unutmamalıyıq. ATƏT-in Minsk Qrupu 30 il ərzində səsini çıxarmadı. Vətən müharibəsindən sonra isə Avropa İttifaqı çərçivəsində, onlarla şəxs atəşkəsə nəzarət etmək adı ilə buraya gəlir. Qəhrəman Azərbaycan ordusu işğal altında olan torpaqlarını işğaldan azad etdi. Azərbaycan əsgəri torpaqlarını azad edə biləcək gücə sahib olduğunu, türkün gücünü dünyaya göstərdi”, – deyə nazir bildirib.

Teqlər: