Vanetsyan deputat mandatından imtina edir

Vanetsyan deputat mandatından imtina edir

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, Vətən Partiyasının lideri Artur Vanetsyan deputat mandatından imtina edir.

AzerTimes xəbər verir ki, bu barədə Vanetsyan sosial şəbəkə hesabında yazıb.

“Bir çoxlarınız üçün mənim qərarım təəccüblü olmadı. Çünki bir neçə dəfə açıq şəkildə demişəm ki, artıq özümü bu parlamentdə görmürəm. Ermənistan vətəndaşları bizə bu hakimiyyətin dağıdıcı fəaliyyətini dayandırmaq və ölkəni böhrandan çıxarmaq hüququ verib. Lakin indiki parlament bu məqsədə çatmaq üçün effektiv platforma olmaqdan çıxıb”, – Vanetsyan bildirib.

Teqlər: