Valideyn himayəsindən məhrum uşaqlara 1 iyun sürprizi (FOTO)

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Təhsil
Nazirliyinin dəstəyi, “Millenium” dondurmalarının və “Voice” reklam
şirkətinin təşkilatçılığı ilə nazirliyin tabeliyindəki internat
məktəblərində yaşayan 240 uşaq üçün kinoteatrda əyləncəli proqram
təşkil edilib.Tədbirə qatılan uşaqlar maraqlı vaxt keçirərək kino
izləyiblər.

Tədbirdə, həmçinin, Azərbaycanda uşaqların problemlərinin həlli
istiqamətində müxtəlif layihələrin həyata keçirildiyi də xüsusi
vurğulanıb.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda
uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə
vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin
uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi
məqsədi ilə 22 dekabr 2008-ci il tarixli Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2009-cu il “Uşaq ili” elan olunub.

Teqlər: