Vaksin olunmayan müəllimlər əks-təsir barədə həkim qərarı təqdim etməlidir

Xəbər - Samir Əli – Trend:

Təhsil müəssisələrində çalışan müəllimlərin vaksinə qarşı əks-təsiri barədə həkim qərarı olmalıdır.

AzerTimes-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. O bildirib ki, bu prosesdə subyektiv fikirlər nəzərə alınmır: “Müəllimlərimizin bəziləri vaksinin əks təsiri ilə bağlı arayışlar gətiriblər. Bəzi müəllimlər isə gəlib deyirlər ki, onun allergiyası və ya hansısa xəstəliyi var. Çox vaxt müəllimlər subyektiv fikirlər irəli sürürlər ki, şəkər xəstəliyi və ya allergiyası var. Bu prosesdə subyektiv fikirə əsaslanmaq olmaz. Bunun üçün həkim rəyi olmalıdır”.


Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Teqlər: