142 – Çağrı mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid
məsələlər üzrə 77,3 minə yaxın vətəndaş müraciəti
cavablandırılıb
Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə
yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid
ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi
qulluqçular və müharibə əlillərindən ibarət 25620 şəxsə xidmətlər
göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
Trend-ə verilən məlumata görə,142 – Çağrı mərkəzi vasitəsilə
isə həmin mərkəzlərə aid məsələlər üzrə 77277 vətəndaş müraciəti
cavablandırılıb.
Hazırda Bakı şəhərində və Abşeron rayonundakı DOST
mərkəzlərində, Gəncə şəhərində, Masallı və Ucar rayonlarında
regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir.
Həmin mərkəzlərdə 6-sı mərkəzi (Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi,
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya
Şirkəti) və 33-ü yerli icra hakimiyyəti olmaqla 39 qurum üzrə 26
istiqamətdə (əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial
ekspertiza, reabilitasiya, müalicə, müayinə və s.) xidmətlər “bir
pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi
əsasında təqdim edilir.
Vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri
üzrə genişləndirilməsi istiqamətində işlər davam edir.
Mərkəzlərə müraciətlərin qurumlar üzrə bölgüsü:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 12377
müraciət;
Müdafiə Nazirliyi üzrə 10125 müraciət;
Səhiyyə Nazirliyi üzrə 396 müraciət;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə
554 müraciət;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 254
müraciət;
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 1389 müraciət;
Yerli İcra Hakimiyyətləri üzrə 525 müraciət