Vahid Əhmədov: 31 ildə ən böyük uğurumuz…

Vahid Əhmədov: 31 ildə ən böyük uğurumuz…

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 31 ili tamam olur. Bu müddət ərzində biz böyük bir yol keçmişik. Ölkəmiz inkişaf edib. Ancaq mənim fikrimcə, bu illər ərzində bizim ən böyük uğurumuz 44 günlük vətən müharibəsi və ərazilərimizin işğaldan azad edilməsi olub.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib.

O əlavə edib ki, torpaqlarımızın işğaldan azad edilməsi böyük hadisədir və son 200 ildə ilk dəfədir ki, baş verib:

“Azərbaycan dövlət başçısının ciddi siyasəti və iradəsi, Azərbaycan ordusunun qəhramanlığı əhalimizin bir nəfər kimi birləşməsi bizə imkan verdi ki, torpaqlarımızı işğaldan azad edək. Burada ən böyük məqam Azərbaycanda yaşayan bütün insanların-əhalimizin dövlət başçısının ətrafında bir nəfər kimi birləşməsi, dövlət başçısının dəstəkləməsidir”.

Vahid Əhmədov qeyd edib ki, bu gündə birliyə daha çox ehtiyac var:

“Çünki dünyada vəziyyət hamar deyil. Qonşumuzda gedən proseslər göz önündədir. Rusiya-Ukrayna savaşı, İrandakı proseslər, Türkiyədə milli valyutanın ucuzlaşması təsiredici amillərdir. Millətimizi Azərbaycan dövlətini və onun başçısını dəstəkləməyə, birliyə çağırıram”.

Teqlər: