Vadjinin transferinin detalları: “Qarabağ” nə qədər qazanacaq?

Vadjinin transferinin detalları: “Qarabağ” nə qədər qazanacaq?

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransanın “Sent-Etyen” klubu ilə müqaviləyə avqustun 30-da imza atacaq.

AzerTimes Report-a istinadən xəbər verir ki, seneqallı hücumçunun sözləşməsi sol cinah müdafiəçisi Leo Petro və yarımmüdafiəçi Toma Monkondui ilə eyni gündə rəsmiləçəcək.

27 yaşlı forvardın anlaşma müddəti 3 illik olacaq. Onun transferindən ötrü Azərbaycan klubuna 1,2 milyon avro ödəniləcəyi bildirilir.

Teqlər: