“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransanın “Sent-Etyen” klubu ilə müqaviləyə avqustun 30-da imza atacaq.
AzerTimes Report-a istinadən xəbər verir ki, seneqallı hücumçunun sözləşməsi sol cinah müdafiəçisi Leo Petro və yarımmüdafiəçi Toma Monkondui ilə eyni gündə rəsmiləçəcək.
27 yaşlı forvardın anlaşma müddəti 3 illik olacaq. Onun transferindən ötrü Azərbaycan klubuna 1,2 milyon avro ödəniləcəyi bildirilir.